Müəllimimiz İtaliyada - kənd təsərrüfatı və qida elmləri istiqamətində keçirilən layihədə

Qərbi Kaspi Universitetinin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbinin “Ekologiya və Ətraf mühit” kafedrasının müəllimi k.ü.f.d. Əsmər Vəliyeva İtaliya-Azərbaycan Universiteti layihəsi üzrə ADA Universitetinin Bolonya Universiteti ilə əməkdaşlığı çərçivəsində kənd təsərrüfatı və qida elmləri istiqamətində keçirilən layihədə iştirak edib.
Sertifikat proqramının son modulu isə Bolonyada keçirilib, iştirakçılar burada italyan şirkətlərinin bu sahədə tətbiq etdiyi yeni texnologiyalarla tanış olub, sərgidə iştirak ediblər. Əsmər Vəliyeva bu məqsədlə Bolonyaya səfər edib.
Bolonya Universitetində başlayan proqramın sonuncu modulu Rimini şəhərində keçirilib və Ə.Vəliyeva keçirilən seminarda Qərbi Kaspi Universiteti haqqında təqdimat edib.
OXŞAR XƏBƏRLƏR