Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ana südəmər körpəsini atıb evdən qaçdı - VİDEO

Ana südəmər körpəsini atıb evdən qaçdı - VİDEO

Ana südəmər körpəsini atıb evdən qaçdı - VİDEO
2024-06-12 , 18:50

Bakının Xəzər rayonu, Binə qəsəbəsində yaşayan qadın dörd gündür itkin düşüb.

Bu barədə Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində məlumat verilib.
Bildirilib ki, 1998-ci il təvəllüdlü İlahə Teymur qızı Muxtarova iyunun 7-də 05:45 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Yaxınlarının sözlərinə görə, İ.Muxtarova ailəlidir. Onun üç övladı var. Hətta övladlarından biri südəmərdir. Qayınata və qayınanası ilə birgə yaşayan İlahənin həyat yoldaşı isə Lənkəranda təhsil alır.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Ətraflı süjetdə:

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.