Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » 70-dən çox vətəndaşın viza üçün ödədiyi pulları alaraq xaricə qaçdı - VİDEO

70-dən çox vətəndaşın viza üçün ödədiyi pulları alaraq xaricə qaçdı - VİDEO

70-dən çox vətəndaşın viza üçün ödədiyi pulları alaraq xaricə qaçdı - VİDEO
2024-06-14 , 16:40

Xarici ölkələrə səyahət, iş vizası adı altında 70-dən çox vətəndaş aldadılıb.

 
Xezerxeber.az-ın məlumatına görə, şikayətçilər sosial şəbəkədə gördükləri elan əsasında müraciət etdikləri turizm şirkəti tərəfindən dələduzluğa məruz qaldıqlarını iddia ediblər.
 
Belə ki, şikayətçi olduqları şirkətin qapıları aylardır onların üzünə açılmır.
 
Zərərçəkmişlər bildiriblər ki, şikayətçi olduqları "Vork time travel 2" turizm şirkətinin sonradan adı dəyişdirilərək "Nextstation" MMC adlandırılıb.
 
Aldadılan vətəndaşların bəzilərinin pasportları onlara geri qaytarılıb.
 
Qeyd edək ki, vətəndaşlardan pul alan şəxsin xaricə qaçdığı iddia edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.