Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Atasının adı ilə adam olub ortaya çıxan qızı əxlaqdan danışır, amma..." - Şəbnəm Tapdığa ŞOK SÖZLƏR

"Atasının adı ilə adam olub ortaya çıxan qızı əxlaqdan danışır, amma..." - Şəbnəm Tapdığa ŞOK SÖZLƏR

2024-06-14 , 17:21

Mərhum şair İlyas Tapdıq və həyat yoldaşının Badamdar qəbiristanlığındakı məzarının şəkilləri yayılıb.

Görüntülərdən şairin və həyat yoldaşının məzarının baxımsız vəziyyətdə olduğu diqqət çəkir.
Qeyd edək ki, fotoşəkilləri keçmiş deputat Etibar Hüseynov ictimailəşdirib. O, İlyas Tapdıqın qızı, Əməkdar artist, tanınmış müğənni Şəbnəm Tapdığı buna görə qınayıb.
"Şair İlyas Tapdıq və həyat yoldaşının baxımsız məzarı. Şairin adı ilə adam olub ortaya çıxan qızı da bütün günü efirlərdə kəkələyə-kəkələyə əxlaqdan-tərbiyədən danışır", - deyə E.Hüseynov bildirib.
Xatırladaq ki, İlyas Tapdıq 25 dekabr 2016-cı ildə Bakıdakı evində vəfat edib. Onu Badamdar qəbirstanlığında, həyat yoldaşının yanında torpağa tapşırıblar./Modern.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.