Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Cavanşir Paşazadə: "Cənub bölgəsinə gedəndə "Azercell" tərəfindən mənə "İrana xoş gəlmisiniz!" mesajı gəlməyib"

Cavanşir Paşazadə: "Cənub bölgəsinə gedəndə "Azercell" tərəfindən mənə "İrana xoş gəlmisiniz!" mesajı gəlməyib"

Cavanşir Paşazadə:
2024-06-20 , 11:53

75 saylı Lənkəran-Masallı seçki dairəsinin deputatı Cavanşir Paşazadə həmkarı Sabir Rüstəmxanlıya cənub bölgəsində "Azercell" tərəfindən "İrana xoş gəlmisiniz!" mesajının göndərilməsinə münasibət bildirib.

 
C.Paşazadə Pravda.az-a açıqlamasında deyib ki, o, Lənkaran ərazisində belə halla qarşılaşmayıb.
 
"Bu məsələ hər zaman aktual olub. Cənub bölgəsində radio, televiziya kanallarına da İran dalğaları həmişə qarışıb. Biləsuvarı keçəndən sonra bizim radio tezliklərini İran dalğaları əvəzləyir. Bir neçə dəfə mən də bu məsələni qaldırmışam ki, yerli tezlikləri gücləndirmək, sabitləmək lazımdır. Lakin Cənub bölgəsinə gedəndə "Azercell" tərəfindən mənə "İrana xoş gəlmisiniz!" mesajı gəlməyib. Belə bir halla qarşılaşmamışam, nə də şahidi olmamışam, eşitməmişəm. Ola bilsin, Sabir müəllim bu vəziyyətlə qarşılaşıb", - deputat deyib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.