Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Azərbaycanda buğda ilə bağlı qərar verildi

Azərbaycanda buğda ilə bağlı qərar verildi

Azərbaycanda buğda ilə bağlı qərar verildi
2024-07-02 , 17:44

Azərbaycanda 2024-cü il üçün ərzaqlıq buğdanın dövlət tədarük qiyməti 400 manat/ton olaraq müəyyənləşib.

 
Bu, 2023-cü illə müqayisədə 50 manat və yaxud 11,1% azdır.
 
Xatırladaq ki, Prezident İlham Əliyevin "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" 19 iyul 2022-ci il tarixli fərmanına görə, əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda istehsal olunmuş, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilmiş ərzaqlıq buğdanın hər tonuna görə istehsalçılara 100 manat məhsul subsidiyası ödənilir.
 
Report

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.