Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Day-dayım var, sürürəm” deyərək qaydaları pozan qadın sürücü SAXLANILDI - VİDEO

“Day-dayım var, sürürəm” deyərək qaydaları pozan qadın sürücü SAXLANILDI - VİDEO

“Day-dayım var, sürürəm” deyərək qaydaları pozan qadın sürücü SAXLANILDI - VİDEO
2024-07-04 , 16:18

Gəncədə “day-dayım var, sürürəm” deyərək idarə etdiyi 77-FB-782 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobillə yol hərəkəti qaydalarını pozan xanım sürücü saxlanılıb.

 
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev bununla bağlı paylaşım edib.
 
O bildirib ki, bu məsələlərdə istisna ola bilməz: “Kimlərəsə arxayın olanlar bilsinlər ki, qanun hamı üçündür və bu məsələdə heç bir istisna ola bilməz. İstisnalar qanun qarşısında bərabərliyi pozar, bərabərliyin pozulması isə yollarda intizamsızlığı doğurar”.
 
Qeyd edək ki, araşdırmalara əsasən, xanımın "day-day" dediyi tanışının öz adına avtomobil icarəyə götürdüyü və ona bir neçə saatlıq sürməsi üçün verdiyi bəlli olub. Müvafiq qurumdan bildirilib ki, həmin şəxsin də kimliyinin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində araşdımalar davam etdirilir.
 
Xatırladaq ki, Gəncədə xanım sürücü idarə etdiyi avtomobillə qaydanı pozaraq təhlükəli manevrlər edib, həmin anın videogörüntüsünü sosial şəbəkə hesabında paylaşıb. Paylaşdığı videonun rəy bölməsində sürücülük hüququnun olmadığını və ona kiminsə "day-dayılıq" etdiyini bildirib. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.