Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Hikmət Hacıyev: Şuşanın təbiəti sakinlərin 30 illik ayrılıqdan sonra öz evlərinə qayıtmasına sevinir

Hikmət Hacıyev: Şuşanın təbiəti sakinlərin 30 illik ayrılıqdan sonra öz evlərinə qayıtmasına sevinir

Hikmət Hacıyev: Şuşanın təbiəti sakinlərin 30 illik ayrılıqdan sonra öz evlərinə qayıtmasına sevinir
2024-07-20 , 15:36

Şuşanın təbiəti 30 illik ayrılıq və ağrı-acıdan sonra əsl sakinlərinin öz evlərinə qayıtmasına sevinir.

 
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində yazıb.
 
“Şuşa şəhərindən olan keçmiş məcburi köçkünlər üçün yeni salınmış yaşayış massivində sakit və xoşbəxt şənbə səhəri. Uşaqlar əylənir, qocalar nərd oynayır, mühəndislər tikintini davam etdirirlər. Quşlar cingildəyir, arada yüngül yağış yağır. Sanki təbiət də 30 illik ayrılıqdan sonra əsl sakinlərinin öz evlərinə qayıtmasına sevinir”, - paylaşımda deyilir.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.