Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ziya Məmmədovun 70 yaşlı qardaşı deputat olmaq istəyir

Ziya Məmmədovun 70 yaşlı qardaşı deputat olmaq istəyir

Ziya Məmmədovun 70 yaşlı qardaşı deputat olmaq istəyir
2024-07-20 , 15:38

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.


Demokrat.az xəbər verir ki, o, 94 saylı Ucar seçki dairəsindən deputatlığa namizəd olub.

Məlumata görə, sabiq deputatın namizədliyi artıq qeydə alınıb.

70 yaşlı Elton Məmmədov Ucar rayonundandır. O, Milli Məclisin II, III və IV çağırış deputatı olub.

Sabiq deputat, həmçinin AzTU-nun strateji inkişaf üzrə prorektoru, Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının direktoru, AMEA İşlər İdarəsinin müdiri vəzifələrində çalışıb.

Qeyd edək ki, sözügedən dairədən hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi VI çağırış parlamentin deputatı Ramil Həsəndir. (Modern.az)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.