Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Hikmət Hacıyev: Bakı İrəvana sülh müqaviləsinədək münasibətlərin əsas prinsiplərini razılaşdırmağı təklif edir

Hikmət Hacıyev: Bakı İrəvana sülh müqaviləsinədək münasibətlərin əsas prinsiplərini razılaşdırmağı təklif edir

Hikmət Hacıyev: Bakı İrəvana sülh müqaviləsinədək münasibətlərin əsas prinsiplərini razılaşdırmağı təklif edir
2024-07-21 , 11:49

Azərbaycan Ermənistana hələ tammiqyaslı sülh müqaviləsi bağlamamışdan əvvəl mehriban qonşuluq münasibətlərinin əsas prinsiplərini razılaşdırmağı təklif edir.

“Report”un Şuşadakı müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında söyləyib.
“Hələ 2021-ci ildə biz müvəqqəti variant kimi təklif etmişdik ki, bu prinsiplərin uzlaşdırılması ölkələrimiz arasında mehriban qonşuluq münasibətləri yarada bilər”, – o qeyd edib.
Jurnalistlərin sualını cavablandıran prezidentin köməkçisi onu da bildirib ki, ATƏT-in Minsk qrupunun mövcudluğu üçün heç bir əsas yoxdur.
“Azərbaycan təklif edib ki, Ermənistan tərəfi ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı birgə müraciət etsin. Buna ehtiyac yoxdur. Çünki əgər münaqişə yoxdursa, o zaman ATƏT-in Minsk qrupunun qalması üçün hansı əsaslar ola bilər?”, – H.Hacıyev vurğulayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.