Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Tələbələrimiz “Baku ID” innovasiya festivalında layihələrini təqdim ediblər

Tələbələrimiz “Baku ID” innovasiya festivalında layihələrini təqdim ediblər

Tələbələrimiz “Baku ID” innovasiya festivalında layihələrini təqdim ediblər
2024-06-28 , 16:17

27-28 iyun 2024-cü ildə "Bakı Kristal Zal”da SABAH.HUB İnnovasiya Mərkəzinin dəstəyi ilə yaradılmış Azərbaycanın və regionun əsas startap innovasiya tədbiri olan “Baku ID” innovasiya festivalı keçirilib.

“Baku ID” tədbirində 200-dən artıq yerli və xarici investorun, 100-dən çox xarici və yerli startapın, 5000 iştirakçı və 50-dən artıq tərəfdaş yer alıb.
Qərbi Kaspi Universitetinin tələbələri də lahiyələri ilə investorlarla əlaqə qurmaq, öz ideyalarını təqdim etmək və potensial şəkildə investesiya əldə etmək üçün geniş imkanlardan istifadə ediblər. Psixologiya  ixtisasının tələbələri Nəzrin Mustafazadə, Şərqiyyə Əliyeva, Samirə Əliyeva, Xəyalə Talıbova “VirtuMed Academy”, Politologiya ixtisası tələbəsi  Sərqan Kərimov “Buddi” adlı Startup-larla çıxış edib, sertifikatlara layiq görülüblər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.