Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » İslah olunmayan "avtoş" yenidən iş başında - "Qaziyəm" deyib nömrəsiz sürür - VİDEO

İslah olunmayan "avtoş" yenidən iş başında - "Qaziyəm" deyib nömrəsiz sürür - VİDEO

İslah olunmayan
2024-07-29 , 18:02

Bakıda yol hərəkəti qaydalarını pozan sürücü öz görüntüləri ilə yenidən gündəmi zəbt edib. Avtosfer.az xəbər verir ki, 77-PL-320 qeydiyyat nişanlı "Khazar" markalı avtomobilin sürücüsü ön qeydiyyat nişanını çıxararaq bu dəfə şəhərin mərkəzində hərəkət etməyə başlayıb. O, Niyazi küçəsi, Neftçilər prospekti və digər küçələrdə qeydə aldığı videoları sosial şəbəkə hesabında paylaşıb.

 
Asqı sisteminə dəyişiklik edən sürücü avtomobilin arxasını aşağı, önünü isə yuxarı qaldıraraq görünüşünü dəyişib. Eyni zamanda işıq cihazlarına müdaxilə edərək normativ tələbləri pozub.
 
Bu sürücü ilə bağlı dəfələrlə inzibati məsuliyyət tədbirləri həyata keçirilsə də, o, intizamsızlığına davam edir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.