Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət »  "Qərbi Azərbaycan şəhidləri" kitabının təqdimatı keçirilib

 "Qərbi Azərbaycan şəhidləri" kitabının təqdimatı keçirilib

 
2024-08-12 , 21:38

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə çap edilmiş  "Qərbi Azərbaycan şəhidləri" adlı kitab, 10 avqust 2024-cü il tarixdə 
əslən Gorus rayonundan olan şəhidlərin ailələrinin bir qisminə təqdim edilmişdir. 
Tədbir Gorus rayon icmasının təşkilatçılığı ilə Qərbi Azərbaycan İcması - Western Azerbaijan Community Sumqayıt nümayəndəliyinin ofisində keçirilmiş, tədbirdə icma üzvləri və şəhid ailələri iştirak etmişlər.
Tədbiri giriş sözüilə açan Gorus rayon icmasının sədri Etibar Həsənov iştirakçıları İcmanın İdarə Heyətinin sədri cənab Əziz Ələkbərlinin adından salamlamış, sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. 
İcma sədri Etibar Həsənov bildirmişdir ki,  "Qərbi Azərbaycan İcması fəaliyyəti dövründə Qayıdış konsepsiyası çərçivəsində bir çox böyük layihələri reallaşdırmışdır. Şəhidlər haqqında kitabın çapı da bu fəaliyyətin tərkib hissəsidir.
Vətən uğurunda gedən döyüşlərdə qəhrəmancasına   həlak olaraq şəhidlik zirvəsinə ucalan və sağlamlığını müxtəlif dərəcədə itirmiş əslən Qərbi Azərbaycandan olan soydaşlarımızın sayı yüzlərlədir və şəhid və qazilərimizin göstərdikləri sücaəti işırlandırmaq, onların adlarını əbədiləşdirmək bizlərin mənəvi borcumuzdur.
Odurki bu kitabın ərsəyə gəlməsində, xüsusəndə Gorus şəhidləri haqqında məlumatların toplanmasında zəhməti keçən hər bir ellimizə dərin təşəkkürümüzü bildiririk"
İcma sədri onu da bildirmişdir ki, "Qərbi Azərbaycan şəhidlərinə hərs edilmiş kitabın 1-ci cildində Gorus rayonundan 10 nəfər şəhidimiz haqda məlumat yer almışdır. 1 ci cildə adları qeyd edilməyən əslən Gorus rayonundan olan şəhidlərimiz haqqında hal hazırda məlumatlar toplanır və bu məlumatlar kitabın 2-ci cildində yer alacaqdır.
Daha sonra tədbirdə iştirak edən şəhid ailələrinə kitablar təqdim edilmiş, onlara mərd, cəsur və fədakar övladlar böyüdüb tərbiyyə etdiklərinə görə icma adından təşəkkür edilmişdir. Tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır ki, yaxın günlərdə Gorus Rayon İcması  tərəfindən Mingəçevir şəhərində yaşayan Gorus sakinləri ilə görüş keçiriləcəkdir və həmin tədbirdə Mingəçevir şəhərində yaşayan şəhid ailə üzvlərinə də qeyd edilən kitab təqdim olunacaqdır.
 Tədbirin gedişatında həmçinin tədbir iştirakçılarından bəzilərinə icmaya üzvlük vəsiqələri təqdim olunmuş, icmanın gənclər üzrə məsul şəxsi Orxan Həsənli və Qadınlar üzrə məsul şəxs Sevil Cabbarova görülən işlər və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat vermişlər. Həmçinin Şurnuxu kənd icma sədri Eldar Həsənovun, Qurdqalaq kənd icmasını təmsil edən Mehriban İsmayılovanın, Şurnuxu kənd ağsaqqallar qrupunun üzvləri Şakir Həsənovun, Yaşar Rzayevin, şəhid ailələrinin səmərəli təklifləri dinlənilmiş və müzakirə edilmiş, sonda icma sədri Etibar Həsənov Milli Məclisin üzvlüyünə namizəd hörmətli Əziz Ələkbərli  başda olmaqla bütün Qərbi Azərbaycan kökənli namizəd soydaşlarımıza Gorus camaatı adından uğurlar arzuladığını bildirmişdir.
 Tədbir iştirakçıları xatirə şəkili çəkdirmişlər.












Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.