Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı

Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı

Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı
2024-08-20 , 16:41

Müğənni Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırılıb. Daxili İşlər Nazirliyindən Oxu.Az-a bildirilib ki, vətəndaş Sevda Sanaliyevanın bir nəfər tərəfindən təqib edilməsi ilə bağlı müraciəti araşdırılır.

 
Həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib.
 
Araşdırmanın nəticəsinə əsasən qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq.
 
Qeyd edək ki, ötən gün müğənni Sevda Sanaliyeva xoşagəlməz hadisə ilə üzləşib. S.Sanaliyeva yaşadığı evə qayıdarkən, bir nəfər kişi tərəfindən təqibə məruz qalaraq, qorxudulub. Bununla bağlı müğənni "Instagram" səhifəsində paylaşım edib. Paylaşımdan sonra polis dərhal araşdırmaya başlayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.