Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Ərindən boşanan Sevda: "Mənim üçün o kişi deyil" - VİDEO

Ərindən boşanan Sevda: "Mənim üçün o kişi deyil" - VİDEO

Ərindən boşanan Sevda: 
2023-11-16 , 15:23

"Kişilərin əlksəriyyətində elə düşüncə var ki, boşananda elə bil ki, uşaqdan da boşanırlar. Axı uşaq sənin də uşağındır, mənim də uşağımdır".

 
Yenilik.az titul.az-a istinadən xəbər verir ki, bunu həyat yoldaşından ayrılan Sevda Sanaliyeva bildirib.
 
Müğənni keçmiş həyat yoldaşının aliment məsələsinə toxunarkən qeyd edib:
 
"Çox şans verdim, çox şərait yaratdım ki, uşaqla görüşsün. Hətta bir neçə il səbr etdim. Amma alınmadıqdan sonra dedim ki, aliment ödənilsin. Hesablatdım ki, çox yığılıb".
 
Sevda aliment verməyən kişilərə efirdən sərt ifadələr belə işlətməkdən çəkinməyib: 
"Aliment verməyən kişilərə kişi deməyək. Çünki aliment verilməlidir. Vermirsə, mən o kişiyə kişi kimi baxmıram". 
 
Müğənninin açıqlamasını daha ətraflı videodan izləyə bilərsiniz:
 
Qeyd edək ki, iki dəfə ailə quran S.Sanaliyevanın ilk toyu 2014-cü ilin iyunun 25-də baş tutub. Elə həmin ilin sentyabrında sənətçi üç aylıq hamilə olduğunu açıqlayıb. 2015-ci ilin fevralında sənətçinin oğlu Elgün dünyaya gəlib. Sevdanın qızı isə 2016-cı ilin avqustunda doğulub. O, qızının atasının Cəmil bəy olduğunu, onunla evləndiyini mediaya açıqlayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.