Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ağadadaş Ağayevin başı yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Ağadadaş Ağayevin başı yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Ağadadaş Ağayevin başı yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi
2024-09-16 , 12:44

Xalq artisti Ağadadaş Ağayev yeni qalmaqalla üzləşib və barəsində məhkəmə qərarı çıxarılıb.

Yenilik.az bildirir ki,  Gününsəsi.info-nun xəbərinə görə, Xalq artisti bu dəfə "DəmirBank"a olan köhnə borclarını ödəmədiyinə görə məhkəməyə verilib.
Belə ki, Əmanətlərin Sığortalanması Fondu müflis elan edilmiş "DəmirBank" ASC qarşısında borc öhdəliyi olan Ağadadaş Ağayevdən banka olan borcunu tələb etsə də, o, bunu ödəməkdən imtina edib. Nəticədə Fond Xalq artistindən Binəqədi Rayon Məhkəməsinə şikayət verib.
Məhkəmə Ağadadaş Ağayevin illər əvvəl bankdan götürdüyü, amma ödəmədiyi krediti və onun hesablanan faizlərini qaytarması barədə qərar çıxarıb.
Bu vəsaitin 50 min manata yaxın olduğu bildirilir.
Xatırladaq ki, Ağadadaş Ağayev bir müddət əvvəl məşhur balta olayı ilə gündəmə gəlib.
Bu hadisəyə görə də cinayət işi başlanıb və istintaq aparılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.