Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Sahibə Qafarova yenidən Milli Məclisin sədri oldu

Sahibə Qafarova yenidən Milli Məclisin sədri oldu

Sahibə Qafarova yenidən Milli Məclisin sədri oldu
2024-09-23 , 15:16

Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası davam edir.

“Qafqazinfo” xəbər verir ki, iclasa sədrlik edən Ziyad Səmədzadə yeddinci çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyub.
Sonra Ziyad Səmədzadə iclasın gündəliyini təqdim edib.
Gündəliyə əsasən, Milli Məclis sədrinin seçilməsi məsələsi müzakirə olunub.
Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisin sədrliyinə namizədliyi irəli sürülüb.
Sahibə Qafarova Yeni Azərbaycan Partiyasının Sədrinə və partiya üzvlərinə minnətdarlığını bildirib.
Sonra səsvermə olub və Sahibə Qafarova Milli Məclisin sədri seçilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.