Yenilik.Az
www.Yenilik.Az » Dünya » Türkiyədə TARİXİ gün: Seçkidə sürpriz...olacaqmı? - "Bazar Xəbər"də

Türkiyədə TARİXİ gün: Seçkidə sürpriz...olacaqmı? - "Bazar Xəbər"də

Türkiyədə TARİXİ gün: Seçkidə sürpriz...olacaqmı? -
2023-05-14 , 17:28

Bu gün, mayın 14-ü Türkiyədə prezident və deputat seçkiləri keçirilir. Səsvermə bütün ölkə üzrə yerli vaxtla saat 08:00-da başlayıb, 17:00-da başa çatacaq.

Musavat.com xəbər verir ki, Türkiyə xalqı 5 il müddətinə fəaliyyət göstərəcək 13-cü prezidenti və 28-ci dönəm parlamentini seçmək üçün səs verir. 
Prezidentlik uğrunda 3 namizəd - hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğan mübarizə aparır.
“Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.
“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.
“Ata” İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaqı partiyaları daxildir.
Parlamentə daxil olmaq üçün isə 24 siyasi partiya və 151 müstəqil deputat namizədi yarışır.
Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı Bazar Xəbər verilişində izləyə bilərsiniz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.