Sumqayıt Tibb Mərkəzində ilin ilk yarısında 5 mindən çox əməliyyat icra edilib - FOTOLAR

Sumqayıt Tibb Mərkəzində (STM) cərrahi xidmətin 6 aylıq nəticələrinə həsr olunmuş hesabat konfransı keçirilib.
Direktor hesabat dövründə bir sıra uğurların əldə edildiyini diqqətə çatdırıb.
Qeyd edib ki, STM-nin xəstəxanalarında böyük həcmli mürəkkəb əməliyyatlar icra olunur.
E.Azadxanov xəstəxanalarda yeni cərrahi xidmətlərin yaradılacağını, kadr potensialının daha da gücləndiriləcəyini bildirib.
STM-nin cərrahi işlər üzrə direktor müavini, tibb üzrə fəlsəfə doktoru Ramin Qasımov 2024-cü ilk 6 ayı ərzində icra olunan əməliyyatların müxtəlifliyindən danışıb. Vurğulayıb ki, hesabat dövründə STM-nin müəssisələrində 5375 cərrahi əməliyyat həyata keçirilib. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz çoxdur.
Bildirilib ki, iyun ayından start verilən endoprotez əməliyyatlarının sayı 20-ni ötüb.
O, nəinki Sumqayıtdan, hətta regionlardan da vətəndaşların əməliyyat olunmaq üçün STM-ni seçdiklərini sözlərinə əlavə edib.
Digər çıxış edənlər - 1 nömrəli Xəstəxananın baş həkimi Mətləb Musayev, 2 nömrəli Xəstəxananın Cərrahiyyə şöbəsinin müdiri Elməddin Əşrəfov, Uşaq Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri Yetkin Əliyev, Təcili Tibbi Yardım Xəstəxanasının Cərrahiyyə müdiri Namiq Fərəcov və 1 nömrəli Xəstəxananın Əməliyyatxana bölməsinin müdiri, tibb elmləri doktoru Rəfiəli Novruzov hesabat dövrü ərzində cərrahi xidmətlər barəsində geniş məlumat veriblər.
Konfrans qarşılıqlı fikir mübadiləsi ilə başa çatıb.








OXŞAR XƏBƏRLƏR