Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Azərbaycanda bu TANINMIŞ HƏKİM paraşütdən yerə çırpılaraq öldü - FOTO

Azərbaycanda bu TANINMIŞ HƏKİM paraşütdən yerə çırpılaraq öldü - FOTO

Azərbaycanda bu TANINMIŞ HƏKİM paraşütdən yerə çırpılaraq öldü - FOTO
2024-10-07 , 16:14

Quba rayonunda paraşütçü uçuş zamanı qəza edib.


Titul.az xəbər verir ki, hadisə dünən rayonun Qırız Dəhnə kəndində baş verib.
Belə ki, uzun müddət həvəskar şəkildə "skydive" idman növü ilə məşğul olmuş 1986-cı il təvəllüdlü Mehdiyev Şamo Salman oğlu dağlıq ərazidə paraşütlə uçuş edən zaman idarəetməni itirərək yerə çırpılıb.
Hadisə nəticəsində paraşütçü sağ baldırın hər iki sümüyünün açıq qəlpəli sınığı xəsarəti nəticəsində yaranan travmatik şokdan ölüb.
Qeyd edək ki, məlum olub ki, 1986-cı il təvəllüdlü Şamo Mehdiyev Xırdalan şəhərində tanınmış stomatoloqlardan biri imiş. O, həvəskar şəkildə "skydive" idman növü ilə məşğul olub.
Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.