Bələdiyyələrlə bağlı YENİLİKLƏR GƏLİR- Siyavuş Novruzov AÇIQLADI
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun "Yeni Müsavat" qəzetinə verdiyi məlumata görə, Azərbaycanda bələdiyyələrin birləşməsi ilə bağlı qanun layihəsi hazırlanacaq.
Layihə çərçivəsində bələdiyyələrin sayının üçdə biri azaldılması nəzərdə tutulur. Hazırda ölkədə 1606 bələdiyyə fəaliyyət göstərir, lakin bir zamanlar bu rəqəm 2700-ə qədər idi və mərhələli şəkildə azaldılmışdı.
Siyavuş Novruzovun sözlərinə görə, bəzi ərazilərdə əhalinin sayına baxmayaraq, çox sayda bələdiyyə fəaliyyət göstərir. Elə yerlər var ki, 60-70 nəfər əhali yaşayır, lakin orada bələdiyyə qurulub. Bu bələdiyyələr vergi yığmaqda, digər funksiyalarını yerinə yetirməkdə çətinlik çəkirlər. Bu səbəbdən, bələdiyyələrin birləşdirilməsi məsələsi gündəmdədir.
Yeni qanun layihəsinin qəbulundan sonra, bələdiyyələrin fəaliyyətinin daha səmərəli olması və idarəetmənin optimallaşdırılması gözlənilir.
OXŞAR XƏBƏRLƏR