Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Siyavuş Novruzov bələdiyyələrin birləşdiriləcəyinin anonsunu verdi

Siyavuş Novruzov bələdiyyələrin birləşdiriləcəyinin anonsunu verdi

Siyavuş Novruzov bələdiyyələrin birləşdiriləcəyinin anonsunu verdi
2024-02-23 , 16:13

Milli Məclisdə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2023-cü ildə fəaliyyəti haqqında məruzəsi müzakirə olunub.

Musavat.com xəbər verir ki, regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qanunverici orqanın fevralın 23-də keçirilən plenar iclasında çıxış edərkən bir sıra məsələlərə toxunub.
Komitə sədri bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatı ilə Milli Məclisə bələdiyyələrlə bağlı iki qanun layihəsi daxil olub.
Onun sözlərinə görə, layihələr bələdiyyələrin problemlərinin həlli ilə bağlıdır və artıq komitəyə təqdim olunub:
“Layihələrdə bələdiyyələrin sayının azaldılması, birləşməsi ilə bağlı məsələ yer alıb”.
Komitə sədri bildirib ki, layihələrdən biri “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında”, digəri isə “Bələdiyyələrin statusu haqqında” layihədir. S.Novruzovun sözlərinə görə, qanun layihələri əhali sayı 3 mindən az olan kəndlərin bələdiyyələrinin birləşdirilməsini və böyük bələdiyyələrin yaradılmasını nəzərdə tutur: “Bu da bələdiyyələrin sosial-iqtisadi vəziyyətini yaxşılaşdıracaq”.
S.Novruzov qeyd edib ki, artıq ölkəmizdə 25 ildir bələdiyyə sistemi mövcuddur. İndiyədək ölkə ərazisində 4204 qəbiristanlıq var ki, onların 3268-i bələdiyyələrə təhvil verilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.