Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Çoxları COP29-dan əvvəl sülh sazişinin imzalanmasını istərdi, lakin...”

“Çoxları COP29-dan əvvəl sülh sazişinin imzalanmasını istərdi, lakin...”

“Çoxları COP29-dan əvvəl sülh sazişinin imzalanmasını istərdi, lakin...”
2024-10-23 , 17:11

“Çoxları COP29-dan əvvəl rəsmi sülh sazişinin imzalanmasını istərdi, lakin danışıqlar otağında sazişi razılaşdıran iki tərəfin çox fərqli təklifləri var”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniyanın “Financial Times” nəşrinə açıqlamasında söyləyib.
O bildirib ki, Ermənistan konstitusiyasında hələ də Azərbaycana qarşı revanşist ərazi iddiası yer alır. Sülh sazişini yekunlaşdıra biləcəyimiz sürət daha çox Ermənistanın bu məsələni nə qədər tez həll edə biləcəyindən asılıdır:
“Bunu durğunluq adlandıran tənqidçilər özlərinə sual verməlidir ki, hələ də onlara qarşı ərazi iddiası irəli sürən keçmiş düşməni ilə sülh sazişi imzalaya bilərmi? Bununla belə, sazişin imzalanmasının COP-un başlayacağı vaxta qədər baş verib-verməyəcəyindən asılı olmayaraq, göstərilən səylər baxımından bu tədbir sülh konfransı olacaq”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.