Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ehtiram Hüseynov işdən çıxdı

Ehtiram Hüseynov işdən çıxdı

Ehtiram Hüseynov işdən çıxdı
2024-10-23 , 17:29

Əməkdar artist Ehtiram Hüseynov Qarabağda yaşamasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, xanəndə bu haqda "Evdəkilərə salam" verilişində deyib. O bildirib ki, Xankəndidə Qarabağ Universitetində çalışır:

 
"Burada incəsənət fakültəsində dərs deyirəm. Qərar verəndə ki, gedirəm Xankəndiyə hamı təəccübləndi. Soruşdular ki, bu qədər işin, Bakıda universitetdə dərs deyirsən, atırsan hamısını? Cavab verdim ki, bəli, hər şeyi atıb gedirəm. Ərizəmi yazdım və işdən çıxdım. İndi Xankəndidə universitetdə çalışıram".
 
Qeyd edək ki, E.Hüseynov Azərbaycan Milli Konservatoriyasında "Muğam" fakültəsində müəllim kimi çalışırdı. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.