Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Azərbaycan vətəndaşı olub qanı erməniyə məxsus insanlar...”

“Azərbaycan vətəndaşı olub qanı erməniyə məxsus insanlar...”

“Azərbaycan vətəndaşı olub qanı erməniyə məxsus insanlar...”
2024-10-29 , 12:31

“5 nəfər - adı, soyadı Azərbaycan vətəndaşı olan, amma qanı və DNK-sı erməniyə məxsus insan 3 min şəhidimizin adını Vikipediyadan çıxarıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.
“Hətta onlar bununla da kifayətlənməyib Türkiyə Vikipediyasından da çıxarılması ilə bağlı müraciət edib. Hətta onlar bir az irəli gedərək Xocalı qurbanlarının da adının Vikipediyadan çıxarılmasını tələb ediblər.
Aydındır ki, biz bununla ciddi mübarizə aparmalıyıq. Şəhid Azərbaycanın ərazi bütövlüyü uğrunda canından olan şəxsdir. Bundan artıq ensiklopedik məlumat ola bilər?! Hansı məlumat bundan üstün ola bilər?! Biz informasiya təhlükəsizliyi ilə bağlı qanunlar qəbul etmişik.
Aidiyyəti orqanlar bununla məşğul olmalıdır ki, bizim başqa məlumatlarımızı ensiklopedik olmadığını bəhanə edərək silməsinlər”, - S.Novruzov bildirib. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.