Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » COP29 başladığı gün ilk uğuruna imza atıb

COP29 başladığı gün ilk uğuruna imza atıb

COP29 başladığı gün ilk uğuruna imza atıb
2024-11-12 , 14:55

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başladığı gün ilk uğura imza atıb.

 
Planet üçün irəliyə doğru ilk addım məhz Bakıda atılıb. Bakıda açılan COP29-un 1-ci günü ilk razılaşma ilə başa çatıb. Dünya ölkələri karbon krediti bazarı üçün BMT-nin yeni qaydalarını qəbul ediblər. Bu, ölkələrə iqlimlə bağlı öhdəliklərini yerinə yetirməyə kömək etmək üçün əsas addımdır.
 
Ekspertlər hesab edirlər ki, bu, daha köklü, mübadilə etmək niyyətində olan BMT tərəfindən dəstəklənən standartlarla keyfiyyətli karbon kreditləri mübadiləsi sahəsində karbon bazarına yeni yol açacaq.
 
Həmçinin, Bakı COP 29-da əldə edilmiş bu razılıq iqlim dəyişikliyi sahəsində davamlı fəaliyyətə böyük töhfələr verəcək.
 
Fransa mətbuatı Bakı COP 29-un bu uğurunu işqlandırıb.
 
Azərtac

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.