“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir

Sərfəli mobil operator “Nar” abunəçilərinə balanslarında yetərli məbləğ olmadığı zaman “İnternet Kredit” xidməti vasitəsilə internet paketləri sifariş vermək imkanı yaradıb. Abunəçilər *771#200#YES şifrəsini yığmaqla 200 MB və *771#800#YES şifrəsini yığmaqla 800 MB həcmində data kredit götürə bilər.
Qeyd edək ki, birdən çox data kredit götürmək də mümkündür – bu zaman ümumi kredit məbləği abunəçinin mövcud limitinə əsasən dəyişir. “Nar” nömrəsinin mövcud data kredit borcunu *771#150#YES şifrəsi ilə nəzarətdə saxlamaq mümkündür. .“İnternet Kredit” xidmətindən istifadə etməzdən öncə *771#7#YES şifrəsini yığaraq nömrənizin kredit götürmək üçün uyğunluğunu yoxlayın. Həmçinin, nar.az/Narkredit səhifəsindən xidmət haqqında bütün məlumatı əldə edə bilərsiniz.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
OXŞAR XƏBƏRLƏR