Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » TikTokdakı “Təkərdə” adlı tərbiyəsizliyə bu şirkətlər sponsorluq edib – ADLARI

TikTokdakı “Təkərdə” adlı tərbiyəsizliyə bu şirkətlər sponsorluq edib – ADLARI

TikTokdakı “Təkərdə” adlı tərbiyəsizliyə bu şirkətlər sponsorluq edib – ADLARI
2024-12-24 , 16:00

Xəbər verdiyimiz kimi, DİN tərəfindən keçirilən əməliyyat nəticəsində “TikTok”da müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslər saxlanılıblar.

Yenilik.az publika.az-a istinadla xəbər verir ki, saxlanılanlar arasında Azər Zahid də var. Onun “Təkərdə” adlı “layihə”si son günlər insanların hiddətinə səbəb olmuşdu
Tərbiyəsizliyə görə saxlanılan yarış iştirakçılarına avtomobil hədiyyə edən şirkət “Legend Motors”dur.
Digər sponsorlar isə bunlardır: “İstanbul NS” klinikası, “Carvanna” şirkəti, “Avto House”, “Halva” restoranlar şəbəkəsi, “Mersin”, “8th Territoria” kafesi, “Mister Wood”, “Şamlıq” Spa Mərkəzi, “Telefon evi” mağazası, “Qapı Sədərək”, “Avangard”, “EQO” mağazası, “CN Motors” MMC, “Game Stop”, “RH Exclusive” mağazası, “Family Parfumes”, “Favrit Wedding Decor” və başqaları.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.