Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Dövlət qulluğundan təyyarə bələdçisi olmaq arzusu ilə çıxdı

Dövlət qulluğundan təyyarə bələdçisi olmaq arzusu ilə çıxdı

Dövlət qulluğundan təyyarə bələdçisi olmaq arzusu ilə çıxdı
2024-12-26 , 19:05

"Hardasa 2015-2106 il olardı mənə bu qrupdan bir xanım yazdı ki, mən dövlət qulluğuna hazırlaşmaq istəyirəm, dedim problem yoxdur, hazırlaşaq hazırlaşdı. Gəncədə Dövlət Sosial Müdafiə Fonduna qəbul oldu".


Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Daha ətraflı olaraq təqdim edirik:

"Bir müddət sonra yazdı ki, mən burda işləyə bilmirəm. Mənim arzum təyyarə bələdçisi olmaqdı, mənə kömək edə bilərsiniz?. Bu barədə maraqlandım dedim ki, sənəd qəbul edirlər, sənədlərini hazırla ver. Bir müddət sonra yazdı ki, mən qulluqdan çıxmışam, təyyarə bələdçiliyinə qəbul oldum, xeyir-dua verib sağollaşdıq. Ondan sonra o xanım haqqında heç bir məlumatım olmadı. İndi şəklini gördüm, Hökumə Əliyeva həmin xanımdır. Allah rəhmət etsin"./Milli.Az/

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.