Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Samir Şərifovdan ilk - Açıqlama

Samir Şərifovdan ilk - Açıqlama

Samir Şərifovdan ilk - Açıqlama
2025-01-10 , 15:33

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamları ilə uzun illər maliyyə naziri vəzifəsində çalışmış Samir Şərifov vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin edilib.

Yenilik.az-ın “Manset.az”a istinadən məlumatına görə, yeni təyinatı ilə bağlı açıqlama verən Samir Şərifov Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
“Cənab Prezident mənə böyük etimad göstərib. Çalışacağam ki, bu etimadı doğruldum. Hələ ki müavin olaraq hansı sahəyə rəhbərlik edəcəyimi deyə bilmərəm. O məsələlərə Baş nazir baxacaq, cənab Prezidentlə razılaşdırılacaq. İnşallah növbəti həftə bəlli olacaq”, - S. Şərifov əlavə edib.
Qeyd edək ki, Samir Şərifov 19 il maliyyə naziri vəzifəsində çalışıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.