Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Baş nazirin müavinlərinin sayı üç oldu

Baş nazirin müavinlərinin sayı üç oldu

Baş nazirin müavinlərinin sayı üç oldu
2025-01-10 , 15:37

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamları ilə maliyyə naziri Samir Şərifov vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla Baş nazirin müavinlərinin sayı 3-ə çatıb.
Belə ki, hazırda Baş nazir Əli Əsədovun birinci müavini vəzifəsini Yaqub Eyyubov tutur. O, 1999-cu ildə müavin, 2003-cü ildə isə birici müavin təyin edilib.
Baş nazirin müavini isə Şahin Mustafayevdir. 2008-ci ildən 2019-cu ilədək 3 müxtəlif nazirliyə rəhbərlik etmiş Şahin Mustafayev artıq 6-cı ildir ki, Nazirlər Kabinetində çalışır.
Qeyd edək ki, S.Şərifovdan əvvəl də bir neçə nazir vəzifədən azad edildikdən sonra Baş nazirin müavini təyin edilib. Onlardan biri Şahin Mustafayev, digəri isə eks-kənd təsərrüfatı naziri İsmət Abbasov olub. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.