Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Haqqında protokollar tərtib olunan marketlər – Siyahı

Haqqında protokollar tərtib olunan marketlər – Siyahı

Haqqında protokollar tərtib olunan marketlər – Siyahı
2025-01-14 , 20:20

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmət ötən il ərzində bəzi aparıcı supermarketlər haqqında inzibati protokollar tərtib edib.

Yeniavaz.com xəbər verir ki, supermarketlər haqqında inzibati protokolun tərtib edilməsinin əsas səbəbi qida məhsulunun üzərində göstərilən qiymətdən baha satılması olub.
Qeyd edək ki, barəsində ən çox inzibati protokol tərtib olanan marketlər şəbəkəsi “Araz” supermarketləri olub. Bu supermarket haqqında il ərzində 7 protokol tərtib edilib.
Bundan başqa BRAVO (“Azərbaycan Supermarket” MMC) və “OBA Market” haqqında 5 protokol yazılıb. “Al Market”, “Bazarstore” və “BM Market”lər də haqqında protokol tərib edilən digər market şəbəkələridir.
Supermarketlər barəsində 2024-cü ilin yanvar-dekabr ayları ərzində tərtib olunan inzibati xəta haqqında protokolların siyahısını təqdim edirik:
“Araz Supermarket” MMC – 7 dəfə;
BRAVO (“Azərbaycan Supermarket” MMC) – 5 dəfə;
“OBA Market” MMC – 5 dəfə;
“Al Market” MMC – 1 dəfə;
“BM Market” MMC – 1 dəfə;

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.