Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Kağız reseptlərdən istifadə ləğv ediləcək

Kağız reseptlərdən istifadə ləğv ediləcək

Kağız reseptlərdən istifadə ləğv ediləcək
2025-02-05 , 15:53

Kağız reseptlərdən istifadə zamanla tamamilə aradan qaldırılacaq.

Yenilik.az APA-ya istinadən xəbər verir ki, bunu Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəsssisi Sevinc Məhərrəmova deyib.
O, qeyd edib ki, ölkə üzrə bütün tibb müəssisələrində elektron resept tətbiq edildikdən sonra kağız reseptlərin istifadəsi tamamilə aradan qaldırılacaq: "Hər kəs ölkə üzrə istənilən özəl və dövlət tibb müəssisələrində həkimdən elektron resept tələb edə bilər. Elektron reseptlərin ən böyük üstünlüyü təqvim sisteminin xəstəyə dərmanın qəbul vaxtı və dozası haqqında bildiriş göndərməsidir. Ölkə üzrə bütün tibb müəssisələrində elektron resept tətbiq edildikdən sonra kağız reseptlərin istifadəsi tamamilə aradan qaldırılacaq".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.