Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Çörəyindən siqaret kötüyü çıxan həmin müəssisədə YOXLAMA - FOTO

Çörəyindən siqaret kötüyü çıxan həmin müəssisədə YOXLAMA - FOTO

Çörəyindən siqaret kötüyü çıxan həmin müəssisədə YOXLAMA - FOTO
2025-02-12 , 14:56

İçərisindən siqaret kötüyü çıxdığı iddia olunan çörəyin emal olunduğu müəssisədə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlama aparılıb. 

Bu barədə Musavat.com-a Agentlikdən məlumat verilib.
Bildirilib ki, mediada yayımlanan məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən "Qarabağ" ASC-yə məxsus çörək emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb.
Belə ki, emal prosesinin normativ tələblərə uyğun həyata keçirilmədiyi, sanitar-gigiyenik qaydaların pozulduğu müəyyən olunub.
Faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, çörəkdən siqaret kötüyünün çıxması ilə bağlı sosial şəbəkədə məlumat yayılmışdı. İstehsalçı şirkət isə yayılan görüntünün həqiqətə uyğun olmadığını, bəzi şəxslərin məqsədli şəkildə həmin məlumatı yaydığını açıqlamışdı.




 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.