Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “İstanbul NS” klinikası da cərimələnə bilər – SƏBƏB

“İstanbul NS” klinikası da cərimələnə bilər – SƏBƏB

“İstanbul NS” klinikası da cərimələnə bilər – SƏBƏB
2025-02-21 , 17:42

Məşhur “İstanbul NS” klinikası ilə bağlı cərimə protokolu imzalanıb.

Tribunainfo.az xəbər verir ki, klinika İnibati Xətalar Məcəlləsinin 347-ci maddəsini ppzub. Tələbi pozulan maddəyə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Klinika ilə bağlı işə 27 fevral tarixində Nərimanov rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, nizamnamə kapitalı 10 AZN olan İstanbul NS Klinikasının qanuni təmsilçisi Azər Nəsirov Qənbər Oğludur.
Yeri gəlmişkən onu da bildirək ki, əxlaqsızlığın təbliğinə görə hüquq-mühafizə orqanları tərəfindən yayımı dayandırılan TikTok platformasında yayımlanan və aparıcısı Azər Zahid olan “Təkərdə” verilişinin əsas sponsorlarından biri “İstanbul NS” idi.
Qarşı tərəfi dinləməyə hazırıq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.