Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Millennium” dondurma istehsalçısı nə qədər cərimələnəcək? – SƏBƏB

“Millennium” dondurma istehsalçısı nə qədər cərimələnəcək? – SƏBƏB

“Millennium” dondurma istehsalçısı nə qədər cərimələnəcək? – SƏBƏB
2025-02-20 , 14:16

Yerli dondurma şirkəti olan “Rich S.A” MMC ilə bağlı cərimə protokolu imzalanıb.

Şirkət İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Şirkətlə bağlı iş baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. Bu gün-19 fevral tarixində hakim Vüsal Tağıyevin sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, cərimələnməsi gözlənilən dondurma şirkəti “Rich S.A” MMC mışhur “Millennium” markalı dondurmanın istehsalçısıdır. “RICH S.A” şirkətinin direktoru Əvəz Səfərlidir.
Qarşı tərəfi dinləməyə hazırıq.
Tribunainfo.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.