Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Gəncə İdman Klubu” cərimələnə bilər – SƏBƏB

“Gəncə İdman Klubu” cərimələnə bilər – SƏBƏB

“Gəncə İdman Klubu” cərimələnə bilər – SƏBƏB
2025-02-07 , 21:11

“Gəncə İdman Klubu” İctimai Birliyi ilə bağlı cərimə protokolu imzalanıb.

Tribunainfo.az xəbər verir ki, klubun İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə, fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
“Gəncə İdman Klubu” ilə bağlı iş baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. 13 fevral tarixində hakim Rauf Daşdəmirovun sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, cərimələnməsi gözlənilən “Gəncə İdman Klubu” İB-in sədri Elvar Osmanovdur.
Qarşı tərəfi dinləməyə hazırıq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.