Ən böyük uşağınızın da uşaq olduğunu unutmayın!

Evdəki bütün uşaqlar yaşından və ya necə deyərlər, statusundan asılı olmayaraq uşaqdır.
Yol verilən ən böyük səhvlərdən biri də böyük uşaqlara “böyük bacı” və ya “böyük qardaş” damğası vurmaq və onların uşaq olduqlarını unutmaqdır.
Ancaq bu o demək deyil ki, valideynlər uşaqları ilə həmişə uşaq kimi davranmalıdırlar. Təbii ki, onların da üzərinə müəyyən məsuliyyətlər qoyulmalıdır.
Valideynlər uşaqlarının yaşına və şəxsiyyətinə həmişə hörmət etməlidirlər. Ancaq bununla yanaşı uşaqlarının onların diqqətinə ehtiyacları olduğunu da unutmamalıdırlar.
Bəzi uşaqlar bu diqqətə ehtiyacları yox imiş kimi davransalar da, valideynlər öz diqqətlərini onlardan əsirgəməməlidirlər. Məsələn, böyük uşağı kiçik yaşdadırdsa, valideyn həm mənəvi, həm fiziki diqqətini davam etdirməli, böyük yaşdadırdsa, mənəvi diqqətini get-gedə artırmalıdır.
OXŞAR XƏBƏRLƏR