Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Sumqayıtı Sarayla birləşdirən yeni körpüdən - Görüntülər

Sumqayıtı Sarayla birləşdirən yeni körpüdən - Görüntülər

Sumqayıtı Sarayla birləşdirən yeni körpüdən - Görüntülər
2025-03-13 , 14:34

Sumqayıtı Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən körpünün martın sonu - aprelin əvvəlində istifadəyə veriləcəyi ilə bağlı məlumat vermişdik.

Yenilik.az xəbər verir ki, Aznews.ws yeni körpünün görüntülərini paylaşıb.
Görüntülərdən də aydın olur ki, artıq körpüdə son tamamlanma işləri aparılır və istifadəyə hazır vəziyyətə gətirilib. Avtomobillər üçün açılmasa da, piyadalar körpü üzərindən hərəkət edirlər.
Xatırladaq ki, 1970-ci ildə inşa edilən körpü qəzalı vəziyyətdə olduğu üçün ötən ilin dekabrında sökülüb. Yeni körpünün tikintisi üçün 9 milyon 960 min manat vəsait ayrılıb.
Sözügedən görüntüləri təqdim edirik:

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.