Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Cavidan "Azdrama"dan nə qədər maaş alır?

Cavidan "Azdrama"dan nə qədər maaş alır?

Cavidan
2025-04-17 , 14:28

Aktyor Cavidan Novruz Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından aldığı maaşla bağlı sualı cavablandırıb.

 
"El Canlı" verilişində qonaq olan sənətçiyə aparıcı Elcan Rəsulov "Hər gün tamaşa oynasan 2 min manat maaş alarsan" sualını verib.
 
Müğənni İlhamə Qasımova isə ona "2 min qazansa, adımı dəyişərəm" reaksiyasını verib.
 
Cavidan isə "Hər gün tamaşa olsa... Digər işlərimi görə bilmərəm. Tamaşa sayının maaşa aidiyyatı yoxdur. Status söhbəti var. Gənc aktyoram, ona uyğun maaş alıram. Ölkənin ən önəmli teatrında çalışıram. Eyni zamanda atam Ramiz Novruzun işlədiyi teatrdayam, önəmlisi budur. 2 min manat olmasa da, yarısını alıram" cavabını verib./Axşam.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.