Abonentdən “Azercell”ə – “Xidməti başına dəysin…”

“Azercell” abunəçilərinin şikayətləri artmaqda davam edir.
Tribunainfo.az xəbər verir ki, narazı və şikayətçi gənc Kənan İbrahim bu barədə Feysbuk sosial şəbəkəsində yazıb. O bildirib ki, “Azercell” artıq abonentlərin balansından səbəbsiz pul oğurluqları edir, adını da qoyur xidmət:
“Əvvəla bu “xidmət” heç kimə lazım deyil. İkincisi, siz də abonentlərin haqqına girirsiniz. Üçüncüsü isə lap tutalım, hər ay 2 AZN çıxmağa məcbursunuz (mən əminəm ki, bu belə deyil). O zaman niyə abonentin xətti bağlı qalmalıdır? O 25 dəqiqəni niyə vermisən mənə, əgər mənim xəttimi bağlayıbsansa? Dəysin başına verdiyin dəqiqə də, göstərdiyin “xidmət” də”.
Qarşı tərəfi dinləməyə hazırıq.
Güşləm Rəsul

OXŞAR XƏBƏRLƏR