İsfəndiyar Axundov çobandırsa, Bakıda binaları necə tikib? – Tikinti maqnatı Azərbaycan məhkəmələrini saymır
Tikinti maqnatı, “Şərurlu İsfəndiyar” kimim tanınan İsfəndiyar Axundovun son 1 ayda fəallığı onun tikinti şirkətlərinə mənzil almaq üçün külli miqdarda pul ödəmiş, lakin uzun illərdir ki, mənzilini təhvil ala bilməyən Azərbaycan vətəndaşlarını hərəkətə keçirib.
Vətəndaşlar İsfəndiyar Axundovun Azərbaycan Respublikası adından çıxarılan qətnamələri saymadığını, bunu gizlətmədiyini də deyirlər. Məsələn, Musavat.com redaksiyasına müraciət (https://musavat.com/news/serurlu-isfendiyar-la-bagli-edliyye-nazirine-sok-muraciet_1159418.html) edən vətəndaş Ağahüseyn Şamil oğlu Səmədzadə deyib ki, 2008-ci ildə evini satıb, əldə etdiyi vəsaitin 31 min manatını İsfəndiyar Axundovun “Olimpiks” mənzil tikinti kooperativinə ödəyib. O gündən sonra İsfəndiyar Axundovla dəfələrlə görüşüb, mənzilinin təhvil verilməsini istəyib. İsfəndiyar Axundova hər dəfə vəd verib, amma mənzili sahibinə verməyib.
Yasamal Məhkəməsinin Ağahüseyn Səmədzadənin iddiasını təmin etməsinin də bir faydası olmayıb – İsfəndiyar Axundov Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qətnaməsini icra etmir. Vətəndaşın ədliyyə naziri Fərid Əhmədova müraciətinin də hələ ki, bir nəticəsi yoxdur.
Redaksiyamıza növbəti müraciət edən isə Saatlı rayon sakini Qəşəm Atamoğlan oğlu Güləliyevdir. Deyir ki, 2006-cı ildə evlərini, pula çevirə bildiyi mal-mülkünü satıb, İsfəndiyar Axundovun sahibi olduğu “Şaiq” MTK-nın özülünü qazdığı binadan hər biri 3 otaqlı olmaqla 4 mənzili almaq üçün pul ödəyib. Mənzillərin dəyəri toplam 218 min dollar olub, həmin pulu tam olaraq MTK-nın mühasibatlığına ödəyib, mənzillərə dair sənədləri də alıb.
“O zaman Xətai rayonu, Əliağa Şıxlinski küçəsində “Şərurlu İsfəndiyar2a məxsus “Şaiq” MTK-nın ofisi var idi. Alqı-satqı müqaviləsini bağlayanda dedilər ki, tikinti gedir, bir müddət sonra mənzillər mənə təhvil veriləcək. 2007-ci ildə televiziyada gördüm ki, “Şaiq” MTK-dan mənzil alanlar etiraz edir. Getdim, gördüm ki, orada 200-ə yaxın adam var, hamı da mənzilini tələb edir. Söyən kim, qarğış edən kim. Öyrəndim ki, 1 mənzili bir neçə nəfərə satıblar. O zaman Şərurlu İsfəndiyar özü “Həyat” şadlıq evində otururdu. Bir-iki dəfə getdim, baxdım, gördüm ki, nə bunun qəbuluna girmək olur. 5-6 dəfə gedib gələndən sonra getdim rayona. O zaman 91-lərdən Vaqif Hüseynovdan xahiş elədim, İsfəndiyar Axundovun qardaşı Ağaəli ilə danışdı. Bundan sonra İsfəndiyar Axundov məni qəbul etdi. Qabağında dəftəri vardı, dəftərdə kimə nə qədər borcu var idi, yazmışdı. Orada qardaşı Ağaliyə dedi ki, mən bu kişini çox görmüşəm, camaat gəlib burada dava salanda, o, sakit dayanıb, baxıb gedirdi. Bəs buna görə də bu kişiyə köməklik edəcəyəm. Mən də dedim ki, şirkətinə 218 min dollar ödəmişəm, mənə hər biri 3 otaqlı olmaqla 4 mənzili təhvil verməlisiz. Hansı köməklikdən söhbət gedir?” –deyə, Qəşəm Güləliyev bildirib.
Onun sözlərinə görə bundan sonra İsfəndiyar Axundov mənzillərini verəcəyini söyləyib: “Dedi ki, kişi kimi söz verirəm, get, bir-iki günə gələrsən, məsələni həll edəcəyəm. İsfəndiyar Axundov sonradan sözünü tutmadı. Mənə 4 mənzilin əvəzinə Əhmədlidəki yaşayış kompleksinin altında 131 kvadrat metr qeyri-yaşayış sahəsi təklif elədi. Gedib baxdım ki, həmin qeyri-yaşayış sahəsi təyinatı üzrə istifadəyə tam yararsızdır. Bu günə qədər də o yer yararsızlığından heç kimə satılmayıb. Gəlib özünə də dedim ki, oranı heç 50 minə də almazlar. İsfəndiyar Axundov dedi ki, olan budur. Aradan bir müddət keçdi, tanışlardan biri yenidən İsfəndiyar Axundovla danışdı. O da dedi ki, başqa əmlak verəcək. Baxdım ki, elə o yararsız yeri bu dəfə özünün başqa MTK-sının adı ilə yenidən mənə verir. Razılaşmadım. Bundan sonra, 2015-ci ildə mənə 1 mənzil verdi. Amma digər 3 mənzili verməkdən boyun qaçırdı, süründürməçiliklə məşğul oldular”.
Qəşəm Güləliyev 2023-cü ildə Xətai Rayon Məhkəməsinə iddia verib: “Şaiq” MTK-nın üzərinə müqavilə üzrə dəyərini tam şəkildə ödədiyim mənzillərin təhvil verilməsi öhdəliyinin qoyulmasını xahiş etdim. 2023-cü il mayın 19-da məhkəmə iddiamı təmin etdi. İsfəndiyar Axundov məhkəmə qətnamə çıxarandan sonra xəbər göndərdi ki, gedib nə bilir eləsin, istəyir 10 məhkəmə elə qərar versin. Bu günə qədər də məhkəmə qətnaməsini icra eləmir. “Şaiq” MTK-nın icraçı direktorunu məhkəmə qərarını icra etmədiklərinə görə 1200 manat cərimə də ediblər. O icraçı direktoru işdən çıxardılar, digərini təyin elədi. Yenə də məhkəmə qətnaməsi icra olunmadı. Yeni icraçı direktora da deyib ki, getsin, əli hara çatır şikayət eləsin”.
Qəşəm Güləliyev Azərbaycan dövlətindən kömək istəyir: “Mən YAP üzvüyəm, dövlətimə də bağlı vətəndaşam. Cənab Prezident də deyir ki, heç kim toxunulmaz deyil. İsfəndiyar Axundov çobandırsa, Bakıda binaları necə tikib? Azərbaycan vətəndaşları olan bizlərin başına bu hüququ dövlətdə bu oyunları necə aça bilir? Mən Azərbaycan dövlətinə arxayın olub mənzil almışam, dövlətdən də xahiş edirəm ki, məhkəmə qətnaməsinin icrasını həyata keçirsin. Bir halda ki, İsfəndiyar Axundov deyir ki, məhkəmənin qətnaməsini tanımır, dövlət ona qanunun ən sərt üzünü göstərsin, məhkəmə qətnamələrinin icra etməməyin acısını yaşatsın. Belə olmayacaqsa, mən Azərbaycan vətəndaşı kimə müraciət etməliyəm?”
Qəşəm Güləliyev ölkə rəhbərliyinə, ədliyyə nazirinə, baş prokurora müraciət edərək İsfəndiyar Axundovun məhkəmə qətnamələrini icra etməsini təmin olunmasını istəyib.
OXŞAR XƏBƏRLƏR

Bakıda “Vinçester”dən güllə yağışı yağdıran maqnat Şərurlu İsfəndiyarın oğlu barədə YENİ XƏBƏR
Şərurlu İsfəndiyarla bağlı daha bir QALMAQAL - “85 min dollarımı qaytarmır”
“VESTA Construction” MMC VƏTƏNDAŞLARIN MƏNZİLLƏRİNİ NİYƏ TƏHVİL VERMİR?
Şərurlu İsfəndiyardan NÖVBƏTİ ŞİKAYƏT: "18 ildir, mənə 73 min dollar borcludur, QAYTARMIR"
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55