Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin Baş Katibi vəzifəsinə - TƏYİNAT OLUB

Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin Baş Katibi vəzifəsinə - TƏYİNAT OLUB

Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin Baş Katibi vəzifəsinə - TƏYİNAT OLUB
2025-04-28 , 21:06

"Araz" supermarketlər şəbəkəsi, "OBA" marketlər şəbəkəsi, "Rahat" market, "Bravo", "Bazar Store", "Al Market", "Grandmart", "Bolmart", "Megastore", "Bizim Market", "Spar", "Rossman" və "Neptun" market ticarət şəbəkələrinin birgə qərarı ilə Araz İmanov Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin (TŞİİB) Baş Katibi vəzifəsinə təyin edilib.

Uzun illər diplomatik fəaliyyətlə məşğul olmuş A.İmanovun qurumun strateji və operativ istiqamətlər üzrə fəaliyyətinin genişləndirilməsinə, ticarət sektorunun dayanıqlı inkişafına, qanunvericilik təşəbbüsləri və dövlət qurumları ilə effektiv əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyi gözlənilir.
Təşkilat kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyi və ədalətli icarə mexanizmləri kimi önəmli istiqamətlərdə təşəbbüslər irəli sürəcək, fəaliyyətində şəffaflıq və ictimai maraqların üstünlüyü prinsiplərinə əsaslanacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.