Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Məşhur apteklər şəbəkəsi cərimələnə bilər

Məşhur apteklər şəbəkəsi cərimələnə bilər

Məşhur apteklər şəbəkəsi cərimələnə bilər
2025-05-08 , 16:19

Tanınmış dərman firması və apteklər şəbəkəsi “Zeytun Pharma” ilə bağlı növbəti dəfə cərimə protokolu imzalanıb.

Tribunainfo.az xəbər verir ki, “Zeytun Pharma” İnzibati Xətalar Məcəlləsinin ticarət qaydaları əleyhinə olan 452.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə, yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir.
“Zeytun Pharma” ilə bağlı iş baxılması üçün İsmayıllı rayon Məhkəməsinə göndərilib. 19 may tarixində hakim İlqar Hüseynovun sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, “Zeytun Pharma” MMC şirkətinin rəhbəri Bəhruz Şirəliyevdir.
Qarşı tərəfi dinləməyə hazırıq

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.