Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Səs yazısı yayılan direktor işdən çıxarıldı

Səs yazısı yayılan direktor işdən çıxarıldı

Səs yazısı yayılan direktor işdən çıxarıldı
2025-05-12 , 22:52

Bakı şəhəri 207 nömrəli tam orta məktəbin direktorunun yayılmış səsyazısı ilə əlaqədar olaraq araşdırmalar aparılıb. 

Bu barədə  Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Məlumata görə, araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru vəzifəsindən azad edilib.
Qeyd edək ki, bir neçə gün öncə sosial şəbəkələrdə Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibliyə məxsus olduğu iddia edilən səs yazısı yayılmışdı. Səs yazısında o, “Son zəng” üçün pul yığılmasını tələb edir və pul verməyən şagirdlərin tədbirdə iştirakına icazə verilməyəcəyini qeyd edir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.