SSRİ bayrağına görə işdən çıxarılan sədrin yerinə TƏYİNAT

İmişli rayonunda 9 May Qələbə günü tədbiri zamanı keçmiş SSRİ-nin bayrağı qaldırılıb. Hadisə rayonunun Sarıxanlı kəndində baş verib. SSRİ bayrağı İkinci Dünya müharibəsi xatirə kompleksinin üzərinə sancılıb. Sosial şəbəkədə yayılan görüntülər cəmiyyətdə birmənalı qarşılanmayıb.
Artıq ötən gün Azərbaycan Ağsaqqallar Şurası Saleh Səmədova görə toplaşıb. Onunla bağlı qərar verilib və Azərbaycan Ağsaqqallar Şurasından kənarlaşdırılıb.
Bakupost.az xəbər verirm ki, onun əvəzinə müvəqqəti olaraq İdarə Heyətinin üzvü Vahid Tağıyev gətirilib.
Belə ki, İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsi seçki konfransı keçirilənə qədər müvəqqəti olaraq təşkilatın İdarə Heyətinin üzvü Vahid Tağıyevə həvalə olunub.
OXŞAR XƏBƏRLƏR