Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Saray MTK”nın tikdiyi mənzilin divarı uçdu – Video

“Saray MTK”nın tikdiyi mənzilin divarı uçdu – Video

“Saray MTK”nın tikdiyi mənzilin divarı uçdu – Video
2025-05-19 , 15:59

“Saray MTK”dan mənzil almaq istəyən müştəri son anda fikrindən daşınıb.

Tribunainfo.az xəbər verir ki, buna səbəb mənzilin divarının uçması olub. Müştəri almaq istədiyi mənzilə baxmaq istəyən zaman divarı əli ilə yoxlayıb. Bu zaman mənzilin kərpiclə hörülmüş divarı lay şəklində yerə aşıb.
Görüntüləri lentə alan şəxs bildirib ki, “Saray MTK”nın tikdiyi mənzillərdə yaşayan sakinlər bunu nəzərə almalıdır:
“Stolu, şkafı çəkərkən divara çox vurmayın. Axırı belə olar. Heç çox güc də göstərmədim. Əlimi vurdum ki, görüm divar bərkdimi, elə o anda divar uçdu. Bu hələ təzə tikilən binadı. Ehtiyatlı olun, millət. Bu MTK-dan ev almağa dəyməz”.
Sözügedən görüntüləri təqdim edirik.
Qarşı tərəfi dinləməyə hazırıq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.