Bitməyən qeysəriyyə “qətliamı” - daha üç körpə yetim qaldı
Cərrah-həkim deyir ki, ailələr iddia qaldırmalı, məsələ araşdırılmalıdır
Bakıda qeysəriyyə əməliyyatı daha bir gənc ananın həyatına son qoyub. Mayın 6-da 3-cü uşağını bu üsulla dünyaya gətirən 33 yaşlı Günay Məmmədova 13 gün komada qaldıqdan sonra vəfat edib. Ailəsi qadının ölümündə həkim səhlənkarlığının olduğunu bildirir.
Valideynin sözlərinə görə, qeysəriyyə əməliyyatı Yeni Klinikada uzman cərrah mama-ginekoloq Sevinc Məmmədova tərəfindən həyata keçirilib. Xəstə doğuşdan sonra palataya yerləşdirilib. G.Məmmədovanın anasının dediyinə görə, qızında əməliyyatdan sonra qanaxma baş verib, həkimlər isə bundan gec xəbər tutublar: “Neçə dəfə UZİ-yə gedib, poliklinikada olub. Sapsağlam idi. Qızımı əməliyyat edəndən sonra aparıb palataya yerləşdiriblər. O, palatada yox, reanimasiyada qalmalı idi, 5-10 dəqiqədən bir təzyiqi ölçülməli idi. Təzyiqi ölçülsəydi, nəzarətsiz palatada qalmasaydı, biləcəkdilər ki, təzyiq düşür, demək, nəsə normal deyil. Tamam təzyiqi düşüb, halı pis olub yıxılıb. Doğuşdan sonra qanaxma baş verib”.
Məsələ ilə əlaqədar TƏBİB-dən bildirilib ki, ölüm halları Tibbi Şura tərəfindən və TƏBİB-in müvafiq komissiyalarında ixtisaslı mütəxəssislərin iştirakı ilə araşdırılır. Ölüm hadisəsi ilə bağlı prokurorluqdan xəstəxanaya gəliblər, meyit yarılmağa göndərilib, hazırda ekspertizanın rəyi gözlənilir. G.Məmmədovanın 4 və 6 yaşlı daha iki oğlu var.
Təəssüf ki, bu kimi faciəvi hallar son vaxtlar artmaqdadır. Bəs səbəb nədir? Günahkarlardan cəzalanan varmı? Ümumiyyətlə, qeysəriyyə ilə bağlı seçimi daha çox həkimin istəyinə, yəni tibbi göstərişə bağlı olur, yoxsa pasiyentin istəyinə? Burada tibb personalının bir kommersiya marağı yoxdur ki? Nədən təbii doğuş dəbdən düşüb? Körpələrin yetim qalmasına görə, nəhayət, kimsə məsuliyyətə cəlb olunacaqmı?

Adil Qeybulla
Cərrah həkim, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Doğuş prosesi zamanı ölüm hallarının olması, əlbəttə, üzücü haldır. Amma bir məsələ var: bəzən qeysəriyyə əməliyyatını istəyən xəstənin elə özü olur. Bunlar həkimləri məcbur edirlər. Bəziləri doğuşdan qorxur, bəziləri doğuşun fəsadlarından ehtiyat edir. Bəziləri də doğuş yollarının genişlənməsinin qarşısını almaq üçün, sonradan müxtəlif əməliyyatlara ehtiyac yaranmaması məqsədilə guya bunu edirlər. Yəni xəstələrin təşəbbüsü burada daha çoxdur. Əlbəttə, həkimlər xəstənin istəyinə yox, göstərişə diqqət yetirməlidirlər. Göstəriş nədirsə, o olmalıdır. Bir çox hallarda bu məqama diqqət edilmir.
Məsələn, çanağın darlığı varsa, ayaq gəlişidirsə, sarğı gəlişidirsə, bu zaman doğuş çətinləşə bilər, uşaqda asfiksiya (oksigen çatışmazlığı) yarana bilər. Bu halda qeysəriyyə kəsiyi ilə süni abdominal doğuş aparılmalıdır. Bu, əsaslandırılır, daha sonra isə xəstə əməliyyata götürülür. Məsələ bundan ibarətdir ki, biz çox vaxt bu prinsipi pozuruq.
Bu halın nədən baş verdiyinin araşdırılması üçün mütləq məhkəmə-tibbi ekspertizası aparılmalıdır. Xəstə qanaxmadanmı dünyasını dəyişib, yaxud da başqa bir özəl səbəb olub? Bəzən də görürsən ki, əməliyyat xaric, xəstədə hepatitlər olur, ağır böyrək çatışmazlığı olur. Bunlar da ölümə gətirib çıxara bilər. Əgər xəstənin valideynləri şikayətçidirsə, onlar mütləq meyitin təşrihinə nail olmalıdırlar. Səbəb müəyyən olunmalıdır. Ondan sonra artıq iddia qaldırmaq olar. Yoxsa sadəcə demək ki, ölüm həkim səhvindən olub - bu, abstrakt qalacaq. Bunun əsasında kiməsə ittiham irəli sürmək olmaz".
Mərhum Günay Məmmədovanın ailəsi hesab edir ki, həkimlər səhlənkarlıq edib. Əgər bu sübuta yetirilərsə, həkimlər Cinayət Məcəlləsinin 314-cü maddəsinə əsasən, vəzifə səhlənkarlığı ittihamı ilə məsuliyyətə cəlb edilə bilərlər. Amma praktika onu göstərir ki, Azərbaycanda həkim məsuliyyətə cəlb olunması hallarına nadir rast gəlinir. Əksər hallarda “ekspertiza nəticəsi gözlənilir” deyə işlər uzadılır və nəticədə ailələr ədalətə çata bilmir. Bu halların qarşısını almaq üçün ilk növbədə məcburi klinik protokollar tətbiq olunmalı, hər doğuş üçün tibbi göstərişlər və qərarların yazılı əsaslandırılması qanunla tələb edilməlidir. Tibb işçiləri və cəmiyyət təbii doğuşun əhəmiyyəti və təhlükəsizliyi barədə maarifləndirilməlidir. Hər bir ana ölümü hadisəsi müstəqil və şəffaf şəkildə araşdırılmalı, özəl və dövlət klinikalarında doğuşlar üzrə illik auditlər aparılmalı və nəticələr ictimaiyyətə açıqlanmalıdır. Ən əsası isə tibbi səhlənkarlıq sübuta yetirilərsə, məsul şəxslər müvafiq qaydada cəzalandırılmalıdır.
Bir qadının doğuş zamanı həyatını itirməsi, sadəcə, tibbi yox, həm də sosial fəlakətdir. Bu faciələr yalnız bir ailəni deyil, bütöv cəmiyyəti silkələyir. Təbii doğuşun dəbdən düşməsi, qeysəriyyə əməliyyatlarının normaya çevrilməsi və nəticədə baş verən ana ölümləri ciddi siqnal verməlidir.
OXŞAR XƏBƏRLƏR

“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55