İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir

TikTok sosial şəbəkəsinin fenomenlərindən olan “Baboş”a son model “Range Rover” hədiyyə etməsi və cəng qızlarla olan videoları ilə məşhurlaşan spirtli içki istehsalçısı “Quseynoff” MMC-nin qanuni təmsilçisi Hüseynov Emin Zahid oğlunun dövlətə vergi borcu artmaqda davam edir.
Şirkətin dövlətə olan borcunu niyə ödəmədiyi məlum deyil.
Qeyd edək ki, dövlətə olan vergi borcu artmaqda olan “Quseynoff” MMC rəhbəri Hüseynov Emin TikTok fenomeni “Baboş”a avtomobil hədiyyə etdikdən sonra məşhurlaşmışdı. E.Hüseynovun şirkəti spirtli içki istehsalı ilə məşğuldur.
Qarşı tərəfi dinləməyə hazırıq.
OXŞAR XƏBƏRLƏR