“Uçan taksi”nin sürücüsü: “Adamın faizi də, borcu da olar, amma …”
“Qəza anı ziyan çəkən “Ford” markalı yük maşınının sahibi ilə əlaqəmiz var. Yanıma gəlib-gedir, Allah ondan razı olsun. İndi onunla qardaş olmuşuq. Maşınımdakı sərnişin xanımla isə ailəm əlaqə yaratdı. Mən onda hələ Sabunçu Tibb Mərkəzində idim. Qaynanası dedi ki, xeyr, biz bağışlamırıq. Sərnişin xanım zədə almışdı, gözləri qaralmışdı. Bizimkilər ona 500 manat köməklik üçün pul təklif etmişdilər ki, bir ay yola ver, gözləri sağalsın, şükür Allaha ölüm-itim olmayıb. Qaynanası razı olmadı. Belə başa düşdük ki, çox məbləğ istəyib. Hamımız kasıb adamıq, o məbləği haradan tapıb verməli idik, özüm də o vəziyyətdə idim. Problemlə üzləşdik, dedilər ki, niyə xanımla maraqlanmamısınız. Əksinə, biz evinin ünvanını da soruşduq ki, gedib görüşək, söhbət edək. Heç kim heç nədən sığortalanmayıb. Bu gün bilmirik ki, sabah nə olacaq. Hadisə idi… Xəstəliyimlə əlaqəli baş verdi. Adıma müxtəlif sözlər dedilər. Hamısı boşdur…”.
A.Nəcəfov səhhəti barədə danışarkən deyib ki, ağrıları var: “Hələ ki yataq xəstəsiyəm. Gəzə bilmirəm. Sabunçi Tibb Mərkəzindən sonra özələ gedəndə bütün xərcləri özümüz çəkdik. Camaat da kömək edib, sağ olsunlar. Sadəcə, bizim adımızdan başqa-başqa kartlara pullar köçürülmüşdü. Mən də deyirdim ki, bunu etməyin, ehtiyac yoxdur. Pulları mənə xərcələməkdənsə, nə qədər yetim-yesir var, onlara yardım edin. Mən bunu demək istəmişdim, camaat isə sözümü başqa yerlərə yozdu. Xaricdə yaşayan Qabil Məmmədovun sözlərinə görə paylaşım etmək istəmişdim. Sadəcə, narkozun təsirindən fikrimi insanlara dəqiq çatdıra bilməmişdim. Sabunçu Tibb Mərkəzindən də demişdilər ki, niyə belə paylaşım etmisiniz. Bundan başqa problem olmamışdı. Onsuz da özələ köçməli idim. Sabunçu Tibb Mərkəzinə çox da güvənim, inamım yox idi. Orada əməliyyat oluna bilmzədim. Ağır əməliyyat idi, sümüklərim, diz qapaqlarım hamısı qırıq-qırıq idi. Diaqnoz Tibb Mərkəzində daha əvvəl öd kisəsi əməliyyatı ilə əlaqədar olmuşdum. Buna görə, qərarımı vermişdim ki, ora köçüm. İndi bir az maddi sıxıntımız var. Rentgen olmalıyam. Ağrılarım çoxalıb, deyəsən, sağ ayağım hələ bitişmir. Sadəcə, barmağım tərpənir, ümumi hərəkət yoxdur. Gündəlik iki sakitləşdirici içirəm, əks halda səhərə qədər yatmıram. Sakit olanda qırx dəqiqə yatıram. Yəqin ki, cavab rentgendən sonra bilinər. Sol ayağımda bir az irəliləyiş var, amma qatlaya bilmirəm, diz ağrısı var, çünki dizlərimin ikisi də bərbad halda idi…”
O başına gələnlərlə bağlı insanlara örnək olacaq fikirlər səsləndirib: “Ayağımın altında həmişə maşın olub. Birinci dəfə idi, belə hadisə başıma gəldi, sükan arxasında “sudurqa” tutdu. Düzdür, əsəb keçirmişdim. Gecə-gündüz evdəkilərə deyirdim ki, səhərin açılmasını istəmirəm. Allaha qarşı üsyan edirdim. O da bu üsyanı məndən belə çıxardı. “Səhər açılmasın, gecə düşməsin, bu nədir, bu nə yaşayışdır?” Bunları həqiqətən demişəm. Danmıram. Tövbə də etdim. Çox böyük ağrı-acı yaşadım. On bir il dayanmadan namaz qılmışam. Namazdan da uzaqlaşmışdım. Şükür Allaha, hadisədən sonra namaza da qayıtdım. Başım çox bəlalar çəkdi. Adamın faizi də, borcu da olar, amma özünü bu dərəcədə buraxmaz. Həyat yoldaşım da, uşaqlarım da deyirdilər ki, bəsdir, bu qədər üsyan etmə. Borcdur, sabah qurtarar, hər şey düzələr, yaddan çıxar. Həyat yoldaşım başa salırdı, başa düşmürdüm. Deyirdim ki, yox, belə yaşayış olmaz, özümdən asılı deyildi. Mənim heç taksi işləmək niyyətim yox idi. Həmişə öz işim olub. Kamera, televizor düzəldən adam olmuşam. 2005-ci ildə iş zəif olanda beş il taksi işləmişdim. Elə bil, Allah birdən-birə o yola məni yenə çəkdi ki, dərs olsun. Bu da nə ilə nəticələndi? İkinci gün idi, “sudurqa” tutdu. Ürək getdi, dil qatlandı, ayaq sıxılıb qaldı… Narkotik çəkən, “alkaş” insan belə o riski heç vaxt etməz. İnsanlara çatdırmaq olmur ki, o cür sürətlə heç kim özünü ölümə atmaz. Yaxşı ki, üç yerdən analiz götürdülər. Gördülər ki, qanımda heç nə yoxdur, təmizəm. Evdəkilər deyirlər ki, artıq işləməyə ehtiyac yoxdur. Şükür Allaha, balaca kafemiz var, onu arendaya veririk. Ayaqlarım sağalsın, əvvəlki işimə qayıdacağam. Oturaq vəziyyətdə televizor ekranı, aparatlar yığaram. Artıq ayaqlarımı gücə sala bilmərəm. Allah məni heç vaxt işsiz qoymayıb, sadəcə, mən bir az yekəxanalıq etdim, üsyan etdim. Allah dünyada olmayan bir şeyi mənə göstərdi ki, bir az aşağı düş, daha bəsdir. Allah keçmiş eləsin. O günləri düşmənimə göstərməsin. Özüm də peşman oldum. İndi başa düşürəm ki, borc-morc hamısı gəldi-gedərdir. İndi yataqdayam, guya borcum qayıdıb? Həmin şeydir. Səbirli olmaq lazımdır. Allaha üsyan etmək düzgün deyil. Bir daha tövbə…”

“Toylara getsəydim, evimin divarları qızıldan idi” - Mübariz Tağıyev
Səyyad Aran: "5000 manat maaş alıram, necə qənaət edim?"
Laçında bayram ab-havası... - Video + Fotolar
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
Prezident Kəngərli sakinləri ilə görüşdü – Fotolar
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55